Böyük Britaniya Ukraynaya 30 min ədəd pilotsuz uçuş aparatı (PUA) göndərəcək.Bu barədə informasiya krallıq hökumətinin rəsmi internet saytında yerləşdirilib.
Bildirilib ki, Böyük Britaniya və Latviya birgə müəssisəsinin istehsal etdiyi PUA-larla bağlı müqavilənin həcmi 45 milyon funt-sterlinq təşkil edir.
Layihənin maliyyələşdirilməsini Birləşmiş Krallıqla yanaşı, Danimarka, Niderland, Latviya və İsveç hökumətləri həyata keçirəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !