“Böyük şeytana” etibar etməyin - İran səfirindən Ermənistana məsləhət

12:58 | 05.07.2024
“Böyük şeytana” etibar etməyin - İran səfirindən Ermənistana məsləhət

“Böyük şeytana” etibar etməyin - İran səfirindən Ermənistana məsləhət

BŞ-ın Cənubi Qafqaz siyasəti region xalqlarının maraqlarına uyğun deyil. Bunu  İranın Ermənistandakı səfiri Mehdi Sobhani Vaşinqtonun Ermənistan-Azərbaycan sülh prosesinə dəstək verməsi ilə bağlı bəyanatlarını şərh edərək bildirib.  

"Biz Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini alqışlayırıq. Biz müharibənin əleyhinəyik və sülh tərəfdarıyıq. Regionda sülhə alternativ yoxdur. Bu, bizim prinsipial yanaşmamızdır. Biz İrəvanla Bakı arasında dialoqun tərəfdarıyıq”, - Sobhani əmin edib.

Eyni zamanda, Tehran Vaşinqtona etibar etmir. Sobhaninin fikrincə, "Böyük Şeytan” bölgəyə daxil olanda öz məqsədlərini güdür, sülh və xalqların təhlükəsizliyi üçün səy göstərmir.

"Onlar (ABŞ) Cənubi Qafqazı başqa ölkə ilə hesablaşma platformasına çevirmək istəyirlər. "Böyük Şeytan”la bağlı təcrübəmizi nəzərə alaraq, biz onların iddialarına çox şübhə ilə yanaşırıq”, – səfir bildirib.

Sobhani həmçinin deyib ki,  İran ABŞ-ın səmimiyyətinə inanmır.
 
Onun sözlərinə görə, region ölkələrini əhatə edən "3+3” formatı uzunmüddətli sülhə nail olmağa kömək edə bilər və bu format təkcə siyasi deyil, həm də iqtisadi və ticarət aspektlərini əhatə edir.
 
İranın İrəvandakı səfiri  ölkə prezidenti postuna namizədlərdən birinin azərbaycanlı əsilli olması ilə bağlı sualı cavablandırarkən deyib ki,  İranın Ermənistanla bağlı siyasəti hakimiyyət dəyişikliyindən sonra dəyişməz qalacaq.

Bu gün İranda prezident seçkilərində səsvermənin ikinci turu keçirilir. Vətəndaşlar iki namizəd arasından - səsvermənin birinci turunun lideri, islahatçı və etnik azərbaycanlı Məsud Pezeşkian və onun rəqibi, mühafizəkarlar qanadının nümayəndəsi Səid Cəlili arasından seçim edir.

"İranın Ermənistanla bağlı siyasəti prinsipialdır və əməkdaşlıq və qarşılıqlı fəaliyyətin inkişafına və genişləndirilməsinə yönəlib. Bu siyasət hakimiyyət dəyişikliyi ilə dəyişməyəcək”, - deyən Sobhani seçki kampaniyası zamanı bütün namizədlərin qonşu ölkələrlə münasibətləri inkişaf etdirmək üçün öz proqramlarını təqdim etdiyini vurğulayıb.

Səfir deyib ki, İranda bir çox etnik qruplar yaşayır, lakin bu, ölkənin milli siyasətinə təsir etmir.

"İran Ermənistanın dostu olaraq qalır və yeni hökumət dövründə İrəvanla əlaqələri inkişaf etdirməyə davam edəcək”,  - o əlavə edib.
 
N.Təbrizli



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM