• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Üç gündə Belarusda jurnalistlərə qarşı 50-dən çox hücum olub

Üç gündə Belarusda jurnalistlərə qarşı 50-dən çox hücum olub
13.08.2020 10:43
Belarusda son 3 gündə baş verən etiraz aksiyalarında jurnalistlərə qarşı 50-dən çox hücum qeydə alınıb.

Anews.az BBC-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Belarus Jurnalistlər Assosiasiyası açıqlayıb.

Qeyd olunub ki, mətbuatın bir çox nümayəndəsi müəmmalı şəkildə yoxa çıxır, digərlərinin kamerasını qırır, fləşkartını əlindən alırlar.

Bildirilib ki, avqustun 11-də Belarusun paytaxtı Minskdə BBC-nin əməkdaşlarına hücum baş verib. Belə ki, fərqləndirmə nişanı olmayan bir qrup qara uniformalılar jurnalistlərə yaxınlaşaraq onlardan akkreditasiya sənədini tələb edib. Qeyd olunub ki, onlar daha sonra müxbirin kartını boynundan qoparıb, kameranı əlindən alıb, onu qırmağa çalışıblar. Akkreditasiya kartını geri tələb edən BBC-nin iki jurnalistinə cavab olaraq güc strukturlarının nümayəndələri operatoru vurub, kameraya isə zərbə endirməyə başlayıblar. Bununla belə, jurnalistlər saxlanılmayıb.

Maraqlıdır ki, avqustun 12-də Belarusun daxili işlər naziri Yuri Karayev jurnalistlərə qarşı aqressiya ilə bağlı KİV-ə birmənalı olmayan açıqlama verib:

"Cinayətkarlar və asayiş orqanları arasına girmədikləri halda mənim prinsipial mövqem jurnalistlərə toxunmamaqdır”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Dünya 23:50
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
Dünya 23:30
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Dünya 23:21
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
Dünya 22:38
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Dünya 22:24
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Paşinyan Kaya Kallasla görüşüb
Dünya 21:25
Paşinyan Kaya Kallasla görüşüb
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
Dünya 19:58
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
İranda İsrailin hücumlarında ölənlərin sayı açıqlanıb
Dünya 15:43
İranda İsrailin hücumlarında ölənlərin sayı açıqlanıb
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
Dünya 10:18
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol