Üç il ərzində Xaçmazda sahibkarlara 90 mindən çox xidmət göstərilib

15:08 | 07.02.2023
Üç il ərzində Xaçmazda sahibkarlara 90 mindən çox xidmət göstərilib

Üç il ərzində Xaçmazda sahibkarlara 90 mindən çox xidmət göstərilib

Xaçmazda fəaliyyət göstərən "Kob evi" evi tərəfindən 3 il müddətində sahibkarlara 90 486 xidmət göstərilib. Bu barədə "Kob evi"-dən məlumat verilib. 
 
Göstərilən xidmətlərin 86 819-u dövlət-biznes ("G2B”), 3667-si isə biznes-biznes ("B2B”) sahəsinə aiddir. 
 
Hazırda KOB evləri Azərbaycanda Bakı,Xaçmaz və Yevlaxda fəaliyyət göstərir. 
 
Azərbaycanda KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) 2018-ci ildə yaradılıb. 
 
Sahibkarlara dəstək fondunun son məlumatlarına görə, 2020-2022-ci il ərzində sahibkarlara 68 milyon manat subsidiya verilib. 
 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM