Üç ildir metronun çıxışında yaşayan şəxs sığınacağa yerləşdirildi - Foto

22:17 | 05.11.2021
Üç ildir metronun çıxışında yaşayan şəxs sığınacağa yerləşdirildi - Foto

Üç ildir metronun çıxışında yaşayan şəxs sığınacağa yerləşdirildi - Foto

Ailəsi tərəfindən atılan və metronun "Sahil” stansiyasının çıxışında yaşayan şəxs sığınacağa yerləşdirilib.

Bu barədə Anews.az-a fotoqraf Elxan Qəniyev məlumat verib.
O bildirib ki, həmin şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya müəssisəsinə yerləşdirilib:

"Ağayev Rüstəm Həsənağa oğlu 62 yaşında evindən qovulandan 3 ildir küçədə qalırdı. Bu gün isə o, artıq isti yuvaya qovuşub. Bu fotolar arasında sadəcə beş gün fərq var”.

Qeyd edək ki, R.Ağayevin küçədə yaşamağa məcbur olması barədə fotoqraf paylaşım etmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov isə məsələnin agentliyin diqqətində olduğunu bildirmişdi.(qafqazinfo)
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM