Öcalanın azad edilməsi tələb edildi

18:37 | 29.05.2014
Öcalanın azad edilməsi tələb edildi

Öcalanın azad edilməsi tələb edildi

Türkiyənin Şırnak vilayətində PKK tərəfdarlarının icazəsiz aksiyası polislə toqquşmalara çevrilib. ANS PRESS-in məlumatına görə, Cizrə rayonunda yüzlərlə PKK tərəfdarı əllərində məşəl PKK lideri Abdullah Öcalanın azad edilməsi tələbi ilə yürüş keçirib. Yürüş başa çatdıqdan sonra kütlədən 150-yə yaxın üzü maskalı PKK tərəfdarı ayrılıb. Həmin qrup ərazidəki yolu bağlayıb. Bundan sonra əraziyə xeyli sayda toplu-müdaxilə maşını və polis qüvvələri göndərilib. Polis aksiyanın icazəsiz olduğuna dair xəbərdarlıq etsə də, PKK tərəfdarları buna məhəl qoymayıb. Maskalı şəxslər polis əməkdaşlarına daş, fişəng və Molotoff kokteyli ilə hücum ediblər. Polis isə onlara qarşı su şırnağı, gözyaşardıcı qaz və rezin güllədən istifadə edib. Molotoff kokteyllərinin atılması nəticəsində polisin zirehli avtomobillərinə ziyan dəyib. Şırnakın Cizrə rayonunda aksiya dağıdılsa da, gərginliyin hələ də davam etdiyi bildirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM