Öcalanın azadlığa buraxılacağı tarix açıqlandı

10:37 | 21.03.2014
Öcalanın azadlığa buraxılacağı tarix açıqlandı

Öcalanın azadlığa buraxılacağı tarix açıqlandı

Kürd millət vəkili Pervin Buldan Öcalanın dövlətə vaxt verəcəyini qeyd edibPKK terror təşkilıatının lideri, Türkiyənin İmralı adasında həbsdə olan Abdullah Öcalanın azadlığa buraxılacağı tarix açıqlandı. ANS PRESS-in xəbərinə görə, bu barədə “Sülh və Demokratiya Partiyası”nın (BDP) İqdir millət vəkili Pervin Buldan açıqlama verib. Buldan 2015-ci ilin kürdlərin ili olacağını deyib. Novruzun üsyan olduğunu deyən Pervin Buldan bunun həmçinin zalımlara qarşı müqavimət olduğunu bildirib. Buldan həmçinin Öcalanın dövlətə vaxt verəcəyini qeyd edib. “Bu gün bu meydanda gördüyünüz kimi “Kürdüstan”ın hər yerində, hər qarış torpağında zalımlara qarşı bir müqavimət var. Avropa İnsan Haqları Məhkəməsi Öcalanın ömür boyu həbsdə qalmasını insan hüquqları konvensiyasına zid olduğunu deyib. Bekir Bozdağa (ədliyyə naziri) müraciət edirəm. Köhnə dəftərlər meydanlarda xalq tərəfindən cırılacaq. 2015-ci il kürdlərin ili olacaq. 2015-ci il siyasi məhbusların azadlığa qovuşduğu il olacaq. 2015-ci il “cənab” Öcalanın azadlığa qovuşduğu il olacaq. Sabah kürdcə oxuyacağım ikinci məktubda Öcalan hökumətə və dövlətə vaxt verəcək. Bu vaxt ərzində övlət addım atmasa Öcalan prosesdən əlini çəkəcək”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM