Cari ilin dörd ayında daşınmaz əmlak üzrə qeydiyyatların sayı açıqlanıb

15:33 | 23.05.2023
Cari ilin dörd ayında daşınmaz əmlak üzrə qeydiyyatların sayı açıqlanıb

Cari ilin dörd ayında daşınmaz əmlak üzrə qeydiyyatların sayı açıqlanıb

2023-cü ilin dörd ayında Azərbaycanda 179 416 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,8 % çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
 
Bildirilir ki, göstəricinin 27 980-i ilkin, 151 436-sı isə təkrar qeydiyyatın payına düşüb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyat 6,2 %, təkrar qeydiyyat isə 86,5 % artıb.

Məlumata görə, ötən illə müqayisədə 76,2 % əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib.
 
İpoteka müqavilələrinin sayı isə 12,1 % artaraq 24 769 olub.
 
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM