• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Cari ilin iki ayında Azərbaycanın qaz ixracı 13% artıb

Cari ilin iki ayında Azərbaycanın qaz ixracı 13% artıb
16.03.2023 11:26
Cari ilin iki ayında Azərbaycan qaz ixracını ötən ilin eyni övrü ilə müqayisədə 13% artırıb. Bu barədə energetika naziri Pərviz Şahbazov "tvitter" hesabında yazıb.
 
Bu dövr ərzində Avropaya 1,9 milyard kubmetr, Türkiyəyə 1,7 milyard kubmetr,  Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub. 
 
TANAP vasitəsilə Türkiyə 0,9 milyard kubmetr qazla təhciz olunub. 
 
Martın 2-də prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində  nazirlərin 9-cu iclasında çıxışı zamanı çıxışında deyib ki, Azərbaycan 2023-cü il Avropaya qaz ixracını iki dəfə artıracaq. 
 
Belə ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
 
Azərbaycan 2022-ci ildə qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə çatdırıb. 2023-cü ildə qaz ixracı 24 milyard kubmetr səviyyəsində planlaşdırılır ki, bunun da təxminən 12 milyard kubmetri Avropayadır.
 
Gülnar Nazimqızı 
 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol