Bu gün Caspian European Club-un saytında (www.caspianenergy.org) Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri arasında sorğuya start verilib.
Bu barədə Caspian Energy News-un (www.caspianenergy.net) baş icraçı Telman Əliyev məlumat verib. O bildirib ki, "sorğunun məqsədi dövlət qurumları ilə qarşılıqlı əlaqələr zamanı sahibkarların üzləşdikləri problemlərin öyrənilməsidir".
Onun sözlərinə görə, "sorğunun nəticələri Caspian European Club yuxarı rəhbərliyinə təqdim olunacaq". Bu cür sorğular həm yerli, həm də xarici şirkətlərim rəhbərləri arasında Azərbaycanda ildə iki dəfə, Qazaxıstan, Rusiya, Gürcüstan və Türkiyədə ildə bir dəfə təşkil olunur. Qeyd edək ki, ilk sorğu anketi internetə yerləşdirilib və açıq istifadədədir.
"Mən bütün sahibkarlara bu gözəl fürsətdən yararlanmağı və dövlət qurumları ilə biznes arasında qarşılıqlı əlaqə zamanı üzləşdikləri bütün problemlər, onlara qarşı irəli sürülən qanunsuz tələblər barəsində danışmağı təklif edirəm", - deyə T.Əliyev qeyd edib.
Sorğunun keçirilməsinə texniki və təşkilati dəstəyi 1991-ci ildən sosial sorğular, marketinq tədqiqatları və ictimai rəyin öyrənilməsi ilə məşğul olan Caspian Energy Marketing şirkəti göstərir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !