• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Caspian European Club-un ekspert şurasının iclası keçiriləcək

Caspian European Club-un ekspert şurasının iclası keçiriləcək
10.01.2018 14:57
17 yanvar 2018-ci il tarixdə Caspian European Club-un ekspert şurasının qapalı iclası keçiriləcək. Bu barədə Caspian European Club-un baş icraçı direktoru Mustafa Abbasbəyli məlumat verib.

Onun sözlərinə görə, toplantıda müəyyən instansiyalara göndəriləcək vergi, gömrük, bank və sığorta sahələri ilə bağlı təkliflər paketi müzakirə ediləcək və təsdiqlənəcək. Mustafa Abbasbəyli qeyd edib ki, Caspian European Club-un ekspert şurası beynəlxalq təcrübəni nəzərə alaraq Klubun üzv şirkətləri ilə birgə Azərbaycanda sahibkarlığın inkişafı və tənzimləyici dövlət orqanlarının müdaxilələrinin aradan qaldırılması üzrə müntəzəm təkliflər hazırlayır.

O həmçinin xatırladıb ki, ötən il Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri cənab İlham Əliyevə tənzimləyici dövlət orqanları tərəfindən özəl sektor şirkətlərində aparılan yoxlamaların dayandırılmasının daha iki il müddətinə uzadılması təklifinə baxmaq xahişinin əks olunduğu məktub ünvanlanıb.

"Biz Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanılmasının ilə bağlı moratoriyanın müddətinin 2021-ci il yanvarın 1-dək uzadıldığı üçün cənab Prezidentə minnətdarıq”, - deyə M.abbasbəyli qeyd edib.

"Əvvəllər hesabatları və təkliflər paketini cənab Prezident İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya ildə iki dəfə təqdim edirdik. İndi ölkədə həyata keçirilən islahatlarla əlaqədar hesabatların dövriliyi artıb. Hesabatlar və təkliflər paketi iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir və dövlət qurumlarının özəl sektorun fəaliyyətinə müdaxilələri ilə bağlı real vəziyyəti əks etdirir”, - deyə o söyləyib.

"Təkliflərimizin böyük hissəsi qəbul edildiyi üçün minnətdarıq. Bu, Caspian European Club-un ekspert şurasının fəaliyyətinin səmərəliliyindən xəbər verir”, -deyə Musatafa Abbasbəyli qeyd edib.

Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidemti Zati-aliləri cənab İlham Əliyevdir.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı cəmləyən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:27
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti cüzi bahalaşıb
“Bakı Fond Birjası” ötən il 1 milyon manat zərər edib
İqtisadiyyat 13:56
“Bakı Fond Birjası” ötən il 1 milyon manat zərər edib
“Abşeron” yatağından 2029-cu ilədək hasil ediləcək qazın həcmi açıqlanıb
İqtisadiyyat 13:16
“Abşeron” yatağından 2029-cu ilədək hasil ediləcək qazın həcmi açıqlanıb
Azərbaycanda problemli kreditlərin məbləği artıb
İqtisadiyyat 11:05
Azərbaycanda problemli kreditlərin məbləği artıb
Azərbaycan nefti 8 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti 8 dollara yaxın ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:39
Azərbaycan nefti ucuzlaşıb
Avro və rubl bahalaşıb
İqtisadiyyat 09:22
Avro və rubl bahalaşıb
Qızılın qiyməti 3 330 dollardan aşağı düşüb
İqtisadiyyat 08:47
Qızılın qiyməti 3 330 dollardan aşağı düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol