Casusluğa görə yüzlərlə haker həbs edildi

21:51 | 20.05.2014
Casusluğa görə yüzlərlə haker həbs edildi

Casusluğa görə yüzlərlə haker həbs edildi

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və “Avropol” dünyada yüz minlərlə kompüteri izləməkdə şübhəli bilinən hakerlərin kütləvi həbsini həyata keçirib. ABŞ, Avropa, Avstraliya və Asiya hüquq-mühafizə orqanlarının iştirak etdiyi ikigünlük xüsusi əməliyyatda 10 ölkədə 97 nəfər "Blackshades” virus casusunun alıcısı, satıcısı və istifadəçisi saxlanılıb.

Üç yüzdən çox evdə aparılan axtarışlarda məlumatların saxlanılması üçün minə yaxın qurğu, o cümlədən kompüter, mobil telefon və xarici sərt disklər, silah və narkotiklər müsadirə olunub. FTB bəyan edib ki, “Blackshades” 500 mindən çox fərdi kompüteri yoluxdurub ki, nəticədə istifadəçilər maliyyə və fərdi məlumatların oğurlanması, eləcə də hədə-qorxu ilə pul qoparılması halları ilə üzləşib.  

Kompüterlərin məsafəli idarəetməsi (Remote Administration Tool, RAT) üçün alətlər tipinə aid “Blackshades” cinayət məqsədilə “DDS” hücumlar, veb-kamera ilə casusluq, “URL ünvanların bloklanması, zərərli proqramların yüklənməsi və s. təşkili üçün bir sıra “back door” proqram funksiyalarına malikdir. Xüsusi xidmət orqanlarının məlumatına görə, 2010-cu ilin sentyabrı, 2014-cü ilin apreli arasında olan dövr ərzində "Blackshades” yaradıcıları 350 min dollar qazanc əldə ediblər, - “Vesti www.vesti.ru” yazır.  

ictnews.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti