Bu gün axşam saatlarında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Ağdam istiqamətində erməni ordusunun daha bir əsgəri məhv edilib.
ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi 1995-ci ildə anadan olmuş əsgər Ovsep Samsonoviç Andreasyanın Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə öldürüldüyünü bildirib.
Xatırladaq ki, təmas xəttinin həmin istiqamətində martın 27-də Azərbaycan ordusunun baş leytanantı düşmən gülləsindən şəhid olmuşdu. Doğrudur, əsgər Ovsepin məhv edilməsi zabitimizin qanının yerdə qalmadığını göstərir, ancaq qisasın hələ qismən alındığını demək olar...
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !