Cəbhədə erməni əsgəri məhv edildi

21:20 | 11.07.2014
Cəbhədə erməni əsgəri məhv edildi

Cəbhədə erməni əsgəri məhv edildi

Ermənistan həlak olmuş əsgərin hansı rayondan orduya çağırıldığını bildirmir.Bu gün saat 15 radələrində Azərbaycanın Fizuli rayonu ərazisində Ermənistan ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Movses Norayroviç Qasparyan həlak olub. ANS PRESS xəbər verir ki, Ermənistan tərəfi onun döyüş tapşırığını yerinə yetirərkən aldığı güllə yarasından həlak olduğunu bildirir. Amma erməni əsgərin kim tərəfindən öldürülməsi bildirilmir. Bu barədə istintaq aparıldığı deyilir. Bu, Movses Norayroviç Qasparyanın xidmət yoldaşları tərəfindən vurulduğunu ehtimal etməyə imkan verir. Ermənistan tərəfi həm də həlak olmuş əsgərin hansı rayondan orduya çağırıldığını bildirmir. Yəni bununla da Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini işğal etməsi faktını gizlətməyə çalışır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti