Cəbhədə vəziyyət gərginləşib - sutkada 98 atəşkəs pozuntusu

11:21 | 21.01.2014
Cəbhədə vəziyyət gərginləşib - sutkada 98 atəşkəs pozuntusu

Cəbhədə vəziyyət gərginləşib - sutkada 98 atəşkəs pozuntusu

Ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 98 dəfə atəşkəs rejimini pozublar.Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Dovex, Berdavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri intensiv olaraq atəşə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM