Oktyabrın 9-da Cəbrayılın Mehdi Mehdizadə adına tam orta məktəbi faəliyyətə başlayıb. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Bir neçə gün öncə Azərbaycan Prezidenti Cəbrayılda sakinlərlə görüşüb və adı çəkilən məktəbin açılışında iştirak edib.
İndiyədək Cəbrayıla 364 nəfərin köçürülməsi təmin edilib. İlk köç isə sentyabrın 26-da baş tutub.
İlin sonuna kimi Qarabağın 5 rayonuna məcburi köçkünlərin qaytarılması nəzərdə tutulub.
Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib.
Gülnar
Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !