Cəbrayılda peşə hazırlıq mərkəzi tikiləcək

11:45 | 08.10.2024
Cəbrayılda peşə hazırlıq mərkəzi tikiləcək

Cəbrayılda peşə hazırlıq mərkəzi tikiləcək

Cəbrayılda peşə hazırlıq məktəbinin tikilməsi nəzərdə tutulub. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. 
 
"2030-cu ilə qədər regionalar üzrə 10 peşə hazırlıq məktəbinin tikilməsi planlaşdırılır. Hesab edirəm bu sahədə özəl sektorun da aktiv fəaliyyəti olmalıdır", - nazir müavini oktyabrın 8-də Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışında bildirib. 
 
 
Bundan əvvəl  Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov açıqlamasında söyləyib ki, 2026-ci ilə qədər Azərbaycanda 16 peşə məktəbi tikiləcək.

Həmin peşə məktəblərinin 8-nin Qarabağda tikilməsi nəzərdə tutulub. 
 
Aytac 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti