Oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunmasından 3 il keçir.
Cəbrayıl 1993-cü il Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal dövründə bu əraziyə 13,928 milyard ABŞ dolları ziyan dəyib.
Rayondan olan məcburi köçkünlər 2 minə qədər yaşayış yerində məskunlaşıb.
İşğal dövründə ermənilər rayonun 72 ümumtəhsil məktəbini, 8 xəstəxananı, 132 tarixi abidəni, 150 mədəniyyət ocağını, 100-ə yaxın kəndi insanlığa sığmayan hərəkətlərlə məhv ediblər.
Azərbaycanda İkinci Qarabağ Müharibəsi 2020-ci ilin sentyabrın 27-də başlayıb. 44 günlük davam edən müharibədə Azərbaycan Ordusunu bir sıra rayonları döyüş şəraitinda azad edib. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Rusiya və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyanat imzalayıb.
Bəyanatın imzalanmasından sonra Ermənistanla Azərbaycan arasında dəfələrlə gərginlik vəziyyəti yaranıb. Qarabağda qalan erməni təxribatçıları Azərbaycan Ordusununa qarşı təxribatlar törədib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirilməsi barəsində qərar qəbul edib. Bir gün sonra Qarabağdakı separatçı rejim ağ bayraq qaldıdaraq təslim olub.
Rəsmi Bakı bəyan edib ki, silahı yerə qoyub təslim olan hərbçilər üçün Azərbaycan dəhliz yaradaraq onların Ermənistana keçməsi üçün şərait yaradacaq.
Qondarma rejim sentyabrın 26-da açıqlama verərək bildirib ki, yanvarın 1-dən sepratçı rejim ləğv olunur və Qarabağ əhalisinə reinteqrasiya olması üçün təklifləri təqdim edib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !