Cəlilabad İcra Hakimiyyətinin şöbə müdiri işdən çıxıb
23.11.2022 20:00
Cəlilabad Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaşar Vəliyev işdən çıxıb.
O, öz ərizəsi ilə işdən ayrılıb.
Yaşar Vəliyev Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun müvafiq sərəncamı ilə rayon icra başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunub.