Cəlilabadın bu kəndlərində enerji sistemi yenidən qurulur - Fotolar + Video

13:50 | 22.05.2020
Cəlilabadın bu  kəndlərində enerji sistemi yenidən qurulur - Fotolar + Video

Cəlilabadın bu kəndlərində enerji sistemi yenidən qurulur - Fotolar + Video

 "Azərişıq” ASC tərəfindən "Yeni kəndlər layihəsi” çərçivəsində Cəlilabad rayonunun 7 yaşayış məntəqəsi və bir sərhəd zastavasında ümumilikdə  670 abonentin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işlərinə başlanılıb.


"Qafqazinfo”ya daxil olan məlumata görə, rayon mərkəzindən 50 km uzaqlıqda yerləşən Boyxanlı kəndində işlərə artıq start verilib.



İlk dəfə 1963-cü ildə enerji təchizatı ilə təmin olunan kənddə elektrik enerjisi təsərrüfatında sonuncu dəfə 1980-ci ildə cari təmir işləri aparılıb. 40 il sonra "Azərişıq” ASC kənddə elektrik enerji sistemini tamamilə yenidən qurur.




Yararsız elektrik naqilləri, dayaqlar, sayğaclar və transformator məntəqələri tamamilə yenilənəcək. Mərhələli şəkildə yenilənmə prossesi 7 kənddə icra olunacaq.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb