Cəmil Çiçək: Ermənistan öz lobbisinin girovudur

15:58 | 02.06.2014
Cəmil Çiçək: Ermənistan öz lobbisinin girovudur

Cəmil Çiçək: Ermənistan öz lobbisinin girovudur

Ermənistan öz lobbisinin girovudur. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə parlamentinin sədri Cəmil Çiçək bildirib.

Onun sözlərinə görə, Türkiyə bir neçə dəfə Ermənistanla münasibətləri bərpa etməyə cəhd göstərib, lakin uğurla nəticələnməyib.

Spiker qeyd edib: "Türkiyənin Prezidenti və XİN rəhbəri Yerevanla Ankara arasında münasibətlərin bərpası üçün Ermənistana səfər etmişdilər, lakin bunun heç bir nəticəsi olmadı. Çünki qarşı tərəf heç bir qarşılıqlı addım atmadı".

Ç.Çiçəyin sözlərinə görə, qondarma "soyqırım" Ermənistan və Türkiyə arasında əlaqələrin bərpa olunması yolunda ciddi əngəllərdən biridir.

Bundan başqa, o bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlər bərpa olunmadan Cənubi Qafqazda sabitliyə nail olmaq çətin olacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM