• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı zooparkında yeniliklər olacaq - AÇIQLAMA

Bakı zooparkında yeniliklər olacaq - AÇIQLAMA
21.08.2015 12:25
"Yayda müşahidə edilən istilərdən Bakı zooparkında heyvan tələfatı olmayıb”. Bu haqda Modern.az saytına Bakı zooparkının direktoru Azər Hüseynov məlumat verib.
Direktor istilərlə bağlı ayı, leopard, aslan, su quşlarının suyunun hər gün dəyişildiyini bildirib:

"Onların qəfəslərində ağaclar var, heyvanlar onun kölgəsində sərinləyə bilir. Heyvanlara rasiona uyğun qidalar verilir. Çox istilərdə ot yeyən heyvanlar otun üzərinə uzanır, ayı, pələng su hovuzuna girir”.

Direktor zooparkdakı yeniliklərdən də danışıb: "Zooparkın girişində uşaqların sərbəst yemləməsi üçün ev heyvanları - quzu, keçi, dovşanlar, qırmızı balıqlar olacaq.

Hazırda bununla bağlı işlər görülməkdədir”. Bu il pələng üçün yeni valer tikilərək iyun ayında istifadəyə verildi, onun üçün su hovuzu ilə bir yerdə 5 dəfə böyük sahə ayrıldı, oxatan kirpilərin yeri genişləndirildi”.

Azər Hüseynova zooparka gəzintiyə gələn insanların ümumi gəldiyi nəticəni- heyvanların hər zaman ac-susuz, halsız görünməsi ilə bağlı iddiaları ilə qətiyyən razılaşmır:

"Bilmirəm, heyvanlara kim hansı gözlə baxır. Hava istidir, insanlar özləri də halsız görünür, bu təbiidir. İsti havada heyvanlar yataq otaqlarında yatır, su içir, kölgədə dincəlir.

Bəlkə insanlar fikirləşir ki, vəhşi heyvandırsa, mütləq aqressivlik nümayiş etdirməlidirlər.

Əgər sakinlər düşünürsə ki, bura sirkdir və heyvanlar nömrə nümayiş etdirməli, oynamalı, qaçmalıdır, onlar yanılır. Bura sirk deyil, zooparkdır”.

Suallarımızın çoxluğundan şikayət edən zoopark müdiri bizi ora dəvət etdi.

P.S. Dəvətə qarşılıq olaraq xatırladım ki, hörmətli Azər müəllim, təxminən bir həftə əvvəl zooparkda olmuşam. İnanın, o heyvanlara baxanda ürəyim ağrıyıb. Ətrafı bürüyən üfunət qoxusundan daxil olduğum kimi oradan çıxmağa çalışmışam. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol