• $
  • €
  • ₽
  • ₺
  • £

Polis bölməsində ölən vətəndaşın atasından AÇIQLAMA

Polis bölməsində ölən vətəndaşın atasından AÇIQLAMA
22.08.2015 10:02
Ötən gün şübhəli şəxs qismində saxlanılaraq dindirilmək üçün Mingəçevir şəhər Polis Şöbəsinə aparılan və daha sonra ölüm xəbəri yayılan, 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun yaxınları hadisənin düzgün araşdırılmasını tələb edirlər.
 
Mərhumun atası Hacıyev Dilsuz Qədir oğlu deyib ki, polis əməkdaşları Bəhruz Hacıyevi və daha bir nəfər həmkəndlisini narkotikdən istifadə etməkdə şübhəli şəxs kimi saxlayıblar. 
Sonra B. Hacıyevdən bir xəbər gəlməyib. Valideynlərin təkidindən sonra onlara B.Hacıyevin şöbənin inzibati binasının 3-cü mərtəbəsindən özünü yerə ataraq intihar etdiyi bildirilib.
 
Bundan sonra mərhumun qohumları Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə gediblər və orda meyitin yarılaraq tikildiyini görüblər.
 
"Biz ekspertiza rəyinin düzgün verilməsini, hadisənin obyektiv araşdırılmasını tələb edirik. Bu hadisədə təqsirkar olan şəxslərin cəzalandırlmasından başqa bir tələbimizi, niyyətimiz yoxdur” deyə mərhumun atası bildirib.
 
D. Hacıyev bildirib ki, o, bu məsələnin sakit şəkildə, qanun çərçivəsində araşdırılmasını istəyir: 

"Biz daxili işlər naziri, general-polkovnik Ramil Usubovun tapşırığı ilə hadisənin düzgün araşdırılması üçün Mingəçevir şəhər Polis Şöbəsinə gəlmiş vəzifəli şəxslərlə də görüşdük. Onlar bizi əmin etdi ki, bu hadisə ədalətli şəkildə düzgün araşdırılacaq və ədalətli qərar veriləcək” 
 
Qeyd edək ki, avqustun 20-də axşam saatlarında Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlu dindirilmək üçün Mingəçevir Şəhər Polis Şöbəsinə çağırılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, avqustun 20-də Mingəçevir şəhər sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində Şəhər Polis Şöbəsinə gətirilib: "İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən  B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib”.
 
Hazırda faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanıb. 

"İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək” deyə E. Zahidov qeyd edib.
 
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov da Mingəçevir şəhər Prokurorluğu ilə əlaqə saxlayıb hadisə ilə maraqlandığını deyib. O da B. Hacıyevin üzərində zorakılıq əlamətləri aşkar edilmədiyini bildirib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol