• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda təhsil sektorunda daha bir layihəyə start verilir

Azərbaycanda təhsil sektorunda daha bir layihəyə start verilir
31.08.2015 19:00
Azərbaycanda start verilən yeni bir layihə çərçivəsində məktəb direktorlarına təlim kursları keçiriləcək.
 
Bunu Trend-ə Təhsil Nazirliyinin mətbuat xidmətindən bidiriblər.

Məlumatda bildirilir ki, bu gündən 9 sentyabra kimi Quba rayonunda Təhsil Nazirliyi, "Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin və Paris Sorbonna Universitetinin Abu Dabi kampusunun birgə əməkdaşlığı ilə "Məktəb idarəetməsi” mövzusunda təlim kursu təşkil olunacaq. İntensiv təlim proqramının əsas məqsədi seçilmiş məktəb direktorları üçün qabaqcıl təlim sistemi və effektiv məktəb idarəetməsi anlayışını tanıtmaq, məktəb rəhbərlərinin liderlik potensialını inkişaf etdirməkdir. Təlim xüsusi dəvət olunmuş Paris Sorbonna Universitetinin professoru Florent Pratlong tərəfindən keçiriləcək. Əlavə olaraq, kurs çərçivəsində yerli təlimçilər tərəfindən liderlik, məktəb çərçivəsində şagird sağlamlığının qorunması, vaxtın idarəolunması, təqdimat bacarıqlarının inkişafı və s. mövzularda interaktiv sessiyalar təşkil olanacaq.

İştirakçıların asudə vaxtını səmərəli təşkil etmək üçün yaradıcı ev tapşırıqları veriləcək, intellektual oyunlar və kino axşamları təşkil olunacaq.

Təlim kursunda iştirak etmək məqsədilə 40 nəfər məktəb direktoru seçilib. Onların arasında Təhsil Nazirliyinə tabe olan, eyni zamanda, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tövsiyə olunmuş məktəb direktorları və 2013-2014-cü ilin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq hazırlanmış reytinqə əsasən Sumqayıt şəhəri və rayon məktəblərinin direktorları iştirak edəcəklər.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol