• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda niyə bələdiyyə məktəbləri yaradılmır?

Azərbaycanda niyə bələdiyyə məktəbləri yaradılmır?
01.09.2015 16:19
Azərbaycanın mövcud qanunvericiliyi bələdiyyələrə məktəbəqədər təhsil müəssisəsi, orta və ali məktəb yaratmaq hüququ versə də, onlar indiyədək bu imkandan istifadə etməyiblər. Bunun səbəbi isə müxtəlif amillərlə izah edilir.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Trend-ə bildirib ki, bələdiyyələrin maliyyə imkanları onlara bu cür müəssisələr yaratmağa imkan vermir: "Çünki orta məktəb yaratmaq çox vəsait tələb edir. Eyni zamanda, məktəbi yaşatmaq üçün də daim maliyyə vəsaiti tələb olunur. Tutaq ki, bir orta məktəb yaradıldı. Həmin tədris müəssisəsi davamlı olaraq fəaliyyət göstərməsə, onu yaratmağın bir mənası qalmır. Ancaq bələdiyyə pullu məktəb yarada bilər. Yəni, ya bələdiyyənin özünün maliyyəsi olduqda, yaratdığı məktəbi daim yaşada bilər, ya da bələdiyyə pullu məktəb yaratmalıdır”.

T.Rzayev hesab edir ki, bələdiyyələr iş adamlarının, sahibkarların köməyi ilə belə məktəblər yarada və formalaşdıra bilərlər: "Bunun üçün təşəbbüs lazımdır. Yaxud da bir neçə bələdiyyənin birləşməsi lazımdır ki, bu işləri tədricən həyata keçirmək mümkün olsun”.

T.Rzayevin sözlərinə görə, bələdiyyələr həm də uşaq bağçaları yarada bilərlər: "Bu gün Bakıda və rayonlarda uşaq bağçalarına böyük ehtiyac var. Fərdi şəxslər uşaq bağçaları aça bilirlər, ancaq bələdiyyələr buna təşəbbüs göstərmirlər. Bu çətin bir məsələ deyil. Bələdiyyələr istəsələr bu işi həyata keçirə bilərlər. Bu, həm də bələdiyyələr üçün bir gəlir mənbəyi ola bilər. Yəni, müəyyən fiziki və hüquqi şəxslər uşaq bağçaları yaradır və vətəndaşlar da onlara xeyli vəsait ödəyirlər. Bunu niyə bələdiyyə edə bilmir? Edə bilər, amma təşəbbüs yoxdur”.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol