• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı məktəblilər kosmosun sirlərini bilməyəcəklər

Azərbaycanlı məktəblilər kosmosun sirlərini bilməyəcəklər
02.09.2015 10:24
Orta məktəbdə astronomiya fənni ayrıca bir dərs kimi tədris olunmur. Vaxtilə isə vəziyyət başqa cür idi. Yəni şagirdlər məktəbdə bu elmə yiyələnirdi.

ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, fizik Bəhram Basqallının sözlərinə görə, indi də astronomiyanın tədrisinə xüsusi fikir verilməlidir.

Çünki, gənclərin çoxu astronomiya haqqında elə də dərin məlumata malik deyillər:

"Nəinki gənclər, hətta yaşlı nəsil belə elementar astronomik bilgiyə sahib deyillər. Onlardan bir çoxları 9 planetin adını ardıcıl olaraq çəkə bilməz. Hesab edirəm ki, astronomiya elmi dünya sivilizasiyasının incilərindən biridir. Eyni zamanda astronomiya elmi insanın dünya görüşünün formalaşmasında əvəzsiz rol oynayan bir faktordur”.

Astroloq Firudin Qurbansoyun sözlərinə görə isə Astronomiya qədim elm sahələrindən biridir. Vaxtilə bizim filosoflar da bu sahəyə kifayət qədər diqqət ayırıb.

"Dünya Astronomiya elminə azərbaycanlı alimlər çox böyük töhfələr veriblər. Bu gün ən mükəmməl Astronomiya kitabı ikinci əsrdə yaşamış Ptolemeyin "Almagest” əsəridir. Bu, əksər İslam alimlərinin bu elmə olan marağını artırmışdır. Bundan sonra İslam alimləri məhz Astronomiya elminin bazasında müəyyən işlər görüblər”.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirdi ki, bu fənn "Həyat bilgisi” dərsliyində öz əksini tapıb. Dərs yükü ağır olduğundan Astronomiya fənninin ayrıca tədrisinə ehtiyac qalmır:

"Təbii ki, Astronomiya ilə bağlı məlumatların verilməsi lazımdır. Amma dərslik halında müxtəlif sahələri əhatə edən fənnin ayrıca tədrisi bəzən dərs yükünü ağırlaşdırır”.

Cəsarət Valehov onu da bildirdi ki, indi internet vasitəsilə bütün bilgiləri əldə etmək mümkündür. Astronomiyaya daha çox maraq göstərənlər də yetər ki, kompüter arxasına keçsin, istədiyini əldə edə biləcəklər.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol