• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda tələbə yataqxanasının açılışı oldu

Bakıda tələbə yataqxanasının açılışı oldu
14.09.2015 16:43
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) xarici tələbələr üçün nəzərdə tutulan 5 saylı yataqxanasının əsaslı təmirdən sonra açılışı olub. Bu barədə "Report"a ATU-dan məlumat verilib.

Açılışda çıxış edən ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov yataqxanada xarici tələbələrin rahatlığı üçün hər bir şəraitin yaradıldığını qeyd edib. 

Xatırladaq ki, ATU-nun xarici tələbələr üçün nəzərdə tutulan 5 saylı yataqxanası müasir standartlara cavab verəcək şəkildə tam təmir olunub. Təmirdən yeni çıxan yataqxanada 273 nəfərin yaşayacağı nəzərdə tutulub. 8 mərtəbəli binanın 2 mərtəbəsində qızlar, qalanlarında oğlanlar yaşayacaq. Burada yataq otaqları ilə yanaşı oxu zalı, tələbələrin yaxınları ilə görüşməsi üçün qonaq otaqları, istirahət guşələri də mövcuddur. Yataqxanada yeməkxana və mətbəx də fəaliyyət göstərir. Otaqlar çarpayı ilə yanaşı soyuducu, yazı masası, zəruri mebel və sanitar qovşağı ilə təmin olunub. Ümumiyyətlə, yataqxananın bütün inventarları tam təzələnib. Sanitar qovşağı, istilik və su sistemləri yenidən quraşdırılıb.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetində tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilən 6 yataqxana binası fəaliyyət göstərir. Onlardan 1 və 6 saylı yataqxanalarda ATU-da təhsil alan oğlan tələbələr, 2 və 3 saylı yataqxanalarda qız tələbələr, 5 saylı yataqxana da isə xarici tələbələr yerləşdirilib. 4 saylı yataqxanada müvəqqəti olaraq məcburi köçkünlər məskunlaşıb. Hazırda ATU-nun 1 saylı yataqxanasında 172 nəfər, 2 saylı yataqxanasında 160 nəfər, 3 saylı yataqxanasında 291 nəfər, 5 saylı yataqxanasında 273 nəfər, 6 saylı yataqxanasında isə 368 nəfər tələbə yaşayır.

Bu artıq ATU-da tam təmir olunub istifadəyə verilən üçüncü yataqxanadır. Rektorun göstərişinə əsasən növbəti illərdə tələbə yataqxanaları ardıcıl şəkildə əsaslı təmir olunaraq tələbələrin ixtiyarına veriləcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol