• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda süni şəraitdə ilanların yetişdirilməsi təklif edilir

Azərbaycanda süni şəraitdə ilanların yetişdirilməsi təklif edilir
16.09.2015 15:39
Azərbaycanda ilan zəhərinin əldə edilməsi, onun dərisindən, piy qatından, qanından və digər orqanlarından istifadə edilməsi üçün süni şəraitdə ilanların yetişdirilməsi təklif edilir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun aparıcı elmi işçisi, keçmiş "Zootoksinlər” İstehsal, Elmi Araşdırmalar Mərkəzinin sabıq direktoru Təvəkkül İsgəndərov Trend-ə bildirib.

T.İsgəndərov deyib ki, bu sektorda qapalı dövriyyə üzrə istehsal qurmaq olar: "Gələcəkdə təbiətdən asılılığı azad etməklə, bu istehsal sahəsini qurmaq olar. Yəni biz ilan zəhəri əldə etmək üçün ilanı təbiətdən ovlamayaq, onu özümüz yetişdirək. Bunun üçün ilanların süni yetişdirilməsi texnologiyasını hazırlamaq lazımdır. Amma bu məsələ elmi araşdırmalar tələb edir”.

T.İsgəndərov qeyd edib ki, qapalı müəssisəni yaratmaq üçün xüsusi mərkəz, laboratoriyalar yaradılmalı, dövlət bu sahəyə dəstəyini göstərməlidir.

Mütəxəssisin sözlərinə görə, bununla bağlı təkliflər Nazirlər Kabinetinə artıq bir necə təkliflər təqdim edilib, amma onun reallaşması üçün maliyyə vəsaiti hələlik ayrılmayıb.

Azərbaycanda gürzə zəhərinin toplanması təcrübəsi 1969-cu ildən 1993-cü ilə kimi mövcud olduğunu xatırladan sabiq direktorun sözlərinə görə, Cənubi Qafqazda zəhərli gürzə ilan növünün ən geniş yayılma arealı Azərbaycanda, çox az bir hissəsi isə Ermənistan və Gürcüstandadır.

T.İsgəndərov qeyd edib ki, Azərbaycanda bu gün də təbii ilan resursu kifayət qədər var: "Amma hər halda SSRİ dövründə olan kimi deyil. Gürzələrin ovlandığı ərazi Mil-Qarabağ düzənliyidir. Indi sərhəd bölgəsi olduğundan orada ilan ovlamaq mümkün olmayacaq. Yəni biz əvvəlki sayda ilan tuta bilməyəcəyik. Amma bu, o demək deyil ki, Azərbaycanda ilan zəhəri perspektivi yoxdur, əksinə var”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol