• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ali Neft Məktəbində yeni təyinat olub - FOTO

Bakı Ali Neft Məktəbində yeni təyinat olub - FOTO
21.09.2015 13:24
Riyaziyyat üzrə Fəlsəfə Doktoru (PhD) Həbibə Kələntərova Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasına dosent vəzifəsinə təyin olunub.

BANM-dən verilən məlumata verilən məlumata görə, uzun müddət Azərbaycandan kənarda yaşayan və müxtəlif vaxtlarda Türkiyədə və Almaniyada təhsil alaraq elmi fəaliyyətlə məşğul olan Riyaziyyat üzrə Fəlsəfə Doktoru (PhD) Həbibə Kələntərova Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasına dosent vəzifəsinə təyin olunub.

Həbibə Kələntərova Bakıda anadan olub, orta təhsilini Bakıdakı 158 saylı orta məktəbdə, sonra isə Türkiyə Respublikasında davam etdirərək Ankara Yüce Təbiət Elmləri Liseyini bitirib. Həbibə Kələntərova 2002-2005-ci illərdə bakalavr  təhsilini Türkiyədə alıb, o, Boğaziçi Universitetinin Riyaziyyat Bölməsini bitirib. Diplom işi iki mərtəbəli  elliptik tənliklər üçün maksimum prinsiplərə həsr  olunub. 2005-2007-ci illərdə Türkiyənin Koç Universitetinin Riyaziyyat Bölməsində təhsilini davam etdirərək magistraturada oxuyub. Magistraturada iki il tam təqaüdlə təhsil alan Həbibə Kələntərovanın magistr dissertasiyası Newton - Schrödinger tənliklərinin tədqiqinə həsr olunub. O, 2015-ci ilin yanvar ayında Almaniya Federativ Respublikasının Bonn Universitetinin Riyaziyyat Institutunda "Kadomtsev – Petviaşvili II tənliyi üçün local hamarlıq və korrektlik nəticələri” adlı elmi işini uğurla müdafiə edib və Riyaziyyat üzrə Fəlsəfə Doktoru (PhD) alim adını alıb. Doktoranturada oxuduğu dövrdə, o, Almaniya Tədqiqat Fondunun və Almaniya Kollektiv Tədqiqat Mərkəzinin qrantlarını, iki dəfə Oberwolfach Riyaziyyat Mərkəzinin qrantlarını qazanıb.

Həbibə Kələntərova 2015- ci ilin iyul ayından BANM-in Neft-qaz mühəndisliyi kafedrasının dosenti kimi əmək fəaliyyətinə başlayıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol