• $
  • €
  • ₽
  • ₺
  • £

2 rayonunda Əmək yarmarkaları keçiriləcək

2 rayonunda Əmək yarmarkaları keçiriləcək
21.09.2015 13:11
Tədbirlərdə peşə hazırlığı və əlavə təhsil kurslarına qeydiyyat aparılması da nəzərdə tutulur

Bu həftə Azərbaycanın 2 rayonunda işsiz və işaxtaran vətəndaşlar üçün Əmək yarmarkaları təşkil olunacaq. Bu barədə "Report" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əmək yarmarkaları sentyabrın 22-də Zərdab, sentyabrın 23-də Qəbələ rayonlarında keçiriləcək. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi yarmarkalarda həmin rayonlar üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirlərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin təqdim olunması, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatının aparılması da nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti Azərbaycanın 43 rayonunda keçirilən Əmək yarmarkalarında ümumilikdə 3337 nəfərə boş iş yerlərinə göndəriş verilib, 377 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 179 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol