• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dövlət və ya bələdiyyə orqanı olmayan təşkilat yaradılır

Azərbaycanda dövlət və ya bələdiyyə orqanı olmayan təşkilat yaradılır
21.09.2015 16:21
Azərbaycanda dövlət və ya bələdiyyə orqanı olmayan təşkilat yaradılır. 

Milli Məclisdən "Report"a verilən xəbərə görə, bununla bağlı "Publik hüquqi şəxslər haqqında" yeni qanun layihəsi hazırlanıb. 

Qanun layihəsi Azərbaycan Prezidentinin Administrasiyasında hazırlanıb və qanunvericilik təşəbbüsü ilə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanun layihəsini müzakirə edib.

Publik hüquq-ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüququ şəxs isə dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Layihənin hazırlanmasında məqsəd publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını müəyyən etməkdir. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır.

Layihəyə əsasən, publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Bundan başqa, publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulan halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Eyni zamanda, publik hüquqi şəxsin mənfəəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər.

Publik hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.

Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə nizamnamənin və strukturun təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanlarının yaradılması (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və vaxtından əvvəl xitam verilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılması, eləcə də idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi və digər məsələlər aiddir.

Rəhbər Mülki Məcəllə ilə müəyyən olunan tələblərə cavab verməlidir.

Qeyd edək ki, yeni hazırlanan qanun layihəsinin Milli Məclisin sentyabrın 30-da payız sessiyası üçün keçirilən ilk plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol