• $
  • €
  • ₽
  • ₺
  • £

"Abituriyent" jurnalının xüsusi buraxılışı çap olundu

"Abituriyent" jurnalının xüsusi buraxılışı çap olundu
21.09.2015 18:18
"Abituriyent” jurnalının xüsusi buraxılışı çapdan çıxıb.

Tələbə qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, Azərbaycan dili, tarix, riyaziyyat, ədəbiyyat, coğrafiya və ingilis dili fənləri üzrə test topluları yeni əlavələrlə nəşr olunub. Təqdim olunan test topluları əsaslı şəkildə yenidən işlənib və toplulara 2014-cü ilin nəşrlərində olmayan, təxminən 23 min yeni test tapşırığı əlavə olunub.

Toplulardakı tapşırıqlar TQDK tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda – ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsilbazalarında orta ixtisas məktəblərinə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş tapşırıqlardan, habelə "Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlərdən ibarətdir. Topludakı test tapşırıqlarının 25 faizi heç bir imtahanda istifadə olunmamış tapşırıqlardır. Bunlar test bankındakı tapşırıqların bütün modellərini əhatə edir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur. Toplulara 2015-ci ildə ali təhsil müəssisələrinə və hərbi liseylərə qəbul imtahanlarında istifadə olunmuş test komplektləri də daxil edilib.

Test topluları testologiyaya maraq göstərənlər üçün dəyərli örnək, mənbə rolunu oynayacaq. Fənn müəllimləri və metodistlər təlim prosesində bu test variantlarından qiymətləndirilmə vasitəsi kimi istifadə edə biləcəklər. Hər bir müəllim bu testlər vasitəsilə həm də öz peşə hazırlığını yoxlamaq və artırmaq imkanı əldə edəcəkdir.

Abituriyentlərin isə bu testlərdən istifadə etməklə öyrəndiklərini hərtərəfli yoxlamaq imkanı olacaqdır. Testlər üzərində iş onların imtahana həm də psixoloji hazırlığında əhəmiyyətli rol oyna¬yacaqdır. Toplulardakı tapşırıqlardan eyni zamanda ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında test modelləri kimi istifadə ediləcəkdir.

Test topluları TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent” satış köşklərindən əldə etmək olar: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol