• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyindən dərsliklərlə bağlı tənqidi fikirlərə münasibət

Təhsil Nazirliyindən dərsliklərlə bağlı tənqidi fikirlərə münasibət
22.09.2015 17:05
"10-cu sinif Azərbaycan dili dərsliyində İsmayıl Şıxlının "Dəli kür” əsərindən bir parça yer almışdı. 

Dildə nəyisə qadağan etmək, öyrətməmək mümkünsüzdür. Dildə işlədilən yaxşı sözlə yanaşı, cəmiyyətdə deyilməsi mümkün olan sözlər də var. Məqsədimiz məktəblilərin həmin dərslikdə istifadə olunan ifadələrdən xəbərdar olub həmin sözlərdən harada və nə üçün işlədildiyini bilməsidir".

 "Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev dərsliklərlə bağlı sosial şəbəkələrdə yer alan fikirlərə münasibət bildirərkən deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, 8-ci sinif dərsliyində də buna oxşar və fərqli kontekstdə işlədilən nitq məsələləri ilə bağlı fikirlər yer alıb: "Səhv fikir formalaşıb ki, ədəbiyyatla Azərbaycan dili sintez olunmalıdır. Sovet dövründə elmin əsaslarını gündəmə gətirmişdilər. Bu gün isə nitq fəaliyyətinin öyrədilməsini şagirdə aşılamağı hədəf seçmişik. Dərslikdə canlı danışıq dilində istifadə olunan sözlər yer alıb. Bu da şagirdə danışıq və davranışda bir mədəniyyət anlayışını öyrədir. Mətndən görünür ki, kobud və adi məişət dilində danışan şagird tənbəl şagirddir. Biri küçədə gəzməyə üstünlük verirsə, digəri oxumağa maraq göstərir. Bu cür danışıq hər kəs tərəfindən qəbul olunmayan danışıqdır. Şagirddə də məhz bu öyrədilir.

Bəziləri hesab edir ki, müəllif mətni bura təsadüfən yalnış olaraq salıb. Mətn dərsliyə standartlara uyğun olaraq salınıb. Həmin dərsliklər nazirliyin və TQDK-nın kifayət qədər ekspertizasının nəzarətindən keçir. Azərbaycan dili və ədəbiyyatı mütəxəssisi olaraq həmin fənlərin dərsliklərini diqqətlə oxuyuram. Dil elə hadisədir ki, burada nəyisə haradasa işlətməyi heç kimə qadağan edə bilmərik. Ona görə də cəmiyyət bilməlidir ki, bu kimi sözlər adi həyatda səsləndirilir".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol