• $
  • €
  • ₽
  • ₺
  • £

Sərxoş sürücü onu saxlayan polislərə xəsarət yetirdi

Sərxoş sürücü onu saxlayan polislərə xəsarət yetirdi
14.10.2015 14:47
Tovuzda vətəndaşlarla polislər arasında güclü dava olub. 

Tovuz Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Belə ki, toydan sərxoş vəziyyətdə çıxan Mübariz Murğuz oğlu Nəsibov idarə etdiyi 60- BP- 121 dövlət nömrə nişanlı, "Niva" markalı avtomobillə hərəkətdə olarkən ərazidə xidmət aparan Tovuz Rayon Yol Patrul Xidmətinin əməkdaşları- İlqar İbrahimov, Ramil Əhmədov və Hikmət Quliyev sürücüdən avtomobili saxlamasını və sənədlərini təqdim etməsini tələb ediblər. 

Sürücü sənədlərini təqdim etmədikdə onlar arasında mübahisə yaranıb. Polis əməkdaşları sürücünün sərxoş olduğunu görüb alkoqol müayinəsinə aparmaq istədikdə isə Mübariz Nəsibov polislərdən birinə təpik vurub, digərinin isə paqonunu cırıb. 

Elə bu zaman sürücünün arvadı avtomobildən düşüb və qışqıraraq insanları əraziyə toplamağa başlayıb. Hadisə yerinə gələn sakinlər- Fəxrəddin Xəlilov, Qoşqar Əlixan oğlu, Sərxan Mahmudov, Ramin Namazov, Seymur Quliyev, Turab Namazov və Fariz İbrahimovla da polislər arasında mübahisə yaranıb. Sakinlərlə polislər arasında mübahisə zamanı sürücü ərazidən qaçıb.

Adı çəkilən şəxslərin bütün əməlləri polis avtomobilində yerləşdirilmiş avto registrator vasitəsi ilə qeydə alındığı üçün onlar Tovuz Rayon Polis İdarəsinə gətirilib. Hadisə vaxtı xəsarət alan polis əməkdaşı Hikmət Quliyev isə xəstəxanaya yerəşdirilib.

Ərazidən qaçan sərxoş sürücü də bu gün səhər saxlanılaraq idarəyə gətirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol