• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 13 min kubmetr ağac qanunsuz kəsilib

Azərbaycanda 13 min kubmetr ağac qanunsuz kəsilib
15.10.2015 11:18
"Bu il Azərbaycan meşələrində ağacların kəsilməsi halları azalıb".

 Bunu "Report"a açıqlamasında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

O bildirib ki, bu ilin 9 ayı ərzində 13 min kubmetr miqdarda qanunsuz ağackəsmə halları olub: "Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il üçün qanunsuz ağac kəsilməsi halları 2,5 dəfə azalıb".

Meşələrdə ağacların kəsilməsi hallarına əsasən Böyük Qafqaz ərazisində rast gəlindiyini deyən sektor müdiri bildirib ki, bu il analoji hadisələr əsasən Oğuz, Qəbələ, Gədəbəydə qeydə alınıb: "Meşə qanunvericiliyini pozan şəxslər (qanunsuz ağac kəsən, meşə torpaqlarını zəbt edən və digər meşə qanunvericiliyi hallarını pozanlar) barəsində qanunamüvafiq tədbirlər görülür".

S.Salmanovun sözlərinə görə, bu il meşə ərazisində böyük zərərə səbəb olacaq yanğın hadisəsi baş verməyib: "Cəmi 2 yanğın hadisəsi baş verib, keçən il ilə müqayisədə yanğın hadisələrinin sayı azalıb. Belə hadisələr əsasən meşə fondu ilə həmsərhəd olan torpaqlarda taxıl biçinindən sonra çör-çöpün yandırılması və meşəyə dincəlməyə gələn əhalinin odla ehtiyatsız rəftarı səbəb olur".



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol