• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA: "Qobustanda 100-ə yaxın yeni arxeoloji abidə aşkar edilib"

AMEA: "Qobustanda 100-ə yaxın yeni arxeoloji abidə aşkar edilib"
15.10.2015 16:06
Arxeoloji abidələrin CPS koordinatları götürülüb, ərazidə layihə ölçü işləri aparılıb, fotoları çəkilib və abidələrin pasportu tərtib edilib

"Qobustan rayonunda 100-ə yaxın yeni arxeoloji abidə aşkar edilib". Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.

Məlumata görə, aşkar olunan arxeoloji abidələrin CPS koordinatları götürülüb, ərazidə layihə ölçü işləri aparılıb, fotoları çəkilib və abidələrin pasportu tərtib edilib: "Kəşfiyyat xarakterli tədqiqat zamanı aşkar abidələrə kurqanlar, yaşayış yerləri, küp qəbirlər nekropolu, tarixi memarlıq abidələri və sığınacaq xarakterli mağara abidələri daxildir. Aşkar edilən abidələrin üzərindən yerüstü materiallar götürülüb. Bu materiallar abidələrin dövrünü müəyyən etmək üçün əsas göstəricilərdən olacaq".

İnstitutun Arxeologiyada informasiya texnologiyalarının tətbiqi sektorunda yaradılan xüsusi qrup ərazinin elektron xəritəsi hazırlayacaq. Aşkar olunan yeni abidələr həmin xəritədə öz əksini tapacaq. Hazırda Qobustan rayonunun arxeoloji elektron xəritəsinin hazırlanması üzərində işlər davam etdirilir.

Bundan başqa, sektor bu il Arxeologiya və Etnoqrafiya İnstitutu "Şamaxı-Ağsu" arxeoloji ekspedisiyası ilə birgə 2015-ci ilin iyul ayında Gülüstan qalasında arxeoloji araşdırmaları davam etdirib. Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiyada informasiya texnologiyalarının tətbiqi sektorunun rəhbəri Fuad Hüseynov, sektorun əməkdaşı Səbuhi Hüseynov, fotoqraf Elçin Həsənov bu ilin iyun ayında Gülüstan qalasında yeni aşkar edilən anbar hissəsində olub və bu anbarın rəqəmsal fotoqrammetriya vasitəsi ilə ölçülərini, GPS koordinatları götürülüb və 3 müstəvili modeli hazırlanıb. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol