• $
  • €
  • ₽
  • ₺
  • £

Borc varsa, çıxış qadağan olunacaq

Borc varsa, çıxış qadağan olunacaq
20.10.2015 09:42
Azərbaycanda bundan sonra vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında borclunun ölkədən getmək hüququ məhdudlaşdırıla bilər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ ilə bağlı "İcra haqqında" qanuna dəyişikliklər edilir. Hazırda məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Yeni dəyişikliklərə əsasən isə bundan sonra bu məhdudlaşdırma məhkəmə qərarları ilə yanaşı, vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında da həyata keçirilə bilər.

Qanunvericiliyə edilməsi nəzərdə tutulan yeni dəyişikliyə əsasən, istər Azərbaycan vətəndaşı, istərsə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vergi borcları olduğu zaman vergi orqanlarının müraciətlərinə əsasən məhkəmə qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Dəyişiklikdə məqsəd vergi borclarının alınması mexanizmlərinin təkmilləşdirilməsi və vergi inzibatçılığının səmərəliliyinin artırılmasıdır.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol