• $
  • €
  • ₽
  • ₺
  • £

Ad və soyad necə dəyişdirilir? - Hüquqi rəy

Ad və soyad necə dəyişdirilir? - Hüquqi rəy
20.10.2015 15:06
Sunay Ramazanova

Hüquqşünas 

Hər bir vətandaşın öz ad və soyadını dəyişmək hüququ var. Bəzən ailələr övladlarına  cəmiyyətin xoş qarşılamadığı, təəccüb doğuran adlar qoyur, bəzən qız uşaqlarına oğlan adı, oğlan uşaqlarına qız adları qoyulur. Nəticədə uşaqlar yetkinlik yaşına çatanda, diskomfort yaşayır, öz adı və yaxud da soyadına görə kompleks hissi keçirirlər. 

Hüquqşünas Sunay Ramazanova daima aktuall olan bu məsələyə toxunub. 

Qaynar.info saytı həmin yazını təqdim edir. 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir.Ailə Məcəlləsinin 54-cü maddəsi uşağın adının və soyadının dəyişdirilməsi hüququnu nəzərdə tutur. 

Ailə qanunvericiliyinin tələbinə görə, 18 yaşına çatmış hər bir vətəndaşın ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Belə razılıq olmadıqda isə məsələ məhkəmə yolu ilə həll edilir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli Qərara görə, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. 

Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

10 yaşına çatmış uşağın soyadının sonluğu isə yalnız onun razılığı ilə dəyişdirilir. 

Uşaqların ata-anası ayrı-ayrı yaşadıqda uşaqla birgə yaşayan valdeyn uşağa öz soyadını vermək istədikdə qəyyumluq və himayə orqanı  məsələni o biri valideynin rəyini və uşağın marağını əsas tutmaqla  həll edir.

Çox zaman bu o halda olur  ki, ata-ana boşanaraq  ayrı-ayrı yerlərdə yaşayırlar. Məsələn, atanın soyadını daşiyan uşaq anası ilə yaşayır.  Ana  isə yeni ailə qurub, hətta soyadını belə dəyişib, uşağın bu ailədə başqa soyadla  yaşamağı narahatlıqlar doğura bildiyindən, uşağın soyadının dəyişdirməsi üçün əsaslar yarana bilər. Lakin elə də olur ki  uşaqla yaşayan ata  və ya ana boşanmanın doğurduğu  ağır yaşantıların təsiri altinda uşağın soyadın dəyişməklə  sadəcə uşağı o biri valideyndən uzaqlaşdirmaq məqsədi güdür. Qəyyumluq və himayə orqanı  bütün halları kompleks şəkildə qiymətləndirməli və məsələni yalnız uşağın maraqlarını əsas tutmaqla həll etməlidir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol