• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə ​“Azərsu”nun şikayətini təmin etməyib

Məhkəmə ​“Azərsu”nun şikayətini təmin etməyib
21.10.2015 11:08
Bakı Apellasiya Məhkəməsində "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "Bakı İxtisaslaşdırılmış Mexanizasiya – 7” (BİM-7) ASC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report”un məlumatına görə, ASC-nin şikayəti təmin edilməyib. Qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu il "Bakı İxtisaslaşdırılmış Mexanizasiya – 7” "Azərsu”yu məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən BİM-7 borcun silinməsi barədə tələb irləli sürüb. Məhkəmə iddianı təmin edib. Qərarla razılaşmayan "Azərsu” isə apellyasiya şikayəti verib.

Xatırladaq ki, "MEGA Holding” şirkətlər qrupunun tərkibinə daxil olan BİM-7 (7 saylı Bakı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsi) 2000-ci ilin oktyabr ayında yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti-tikinti texnikasının icarəsi üzrə xidmətlərin göstərilməsidir.

"Azərsu” ACS isə istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol