• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Prezidentin qərarları ölkəmizin daha da inkişafına təkan verəcək

Deputat: Prezidentin qərarları ölkəmizin daha da inkişafına təkan verəcək
23.10.2015 17:55
Prezident İlham Əliyevin gömrük sahəsində bəzi yoxlamaların sadələşdirilməsi haqqında imzaladığı fərman ölkə vətəndaşları qarşısında geniş imkanlar açacaq.
 
Bunu Trend-ə Milli Məclisin deputatı Astan Şahverdiyev deyib.

A.Şahverdiyev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar əhalinin rifah halının yüksəlməsinə xidmət edir: "Bu, son günlərdə cənab Prezident tərəfindən əhalinin maddi təminatını yüksəltmək məqsədilə atılan ikinci addımdır. Bundan öncə dövlət başçısının Milli Məclisə təqdim etdiyi qanun layihəsinə uyğun olaraq, Azərbaycanda sahibkarlar üzərində yoxlamalar iki il müddətinə dayandırılır. Ardınca isə gömrük sahəsində yoxlamaların sadələşdirilməsi ilə bağlı fərman verildi. Bütün bunlar ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir”.

Millət vəkili vurğulayıb ki, bu qərarlar ölkəmizin daha da inkişafına təkan verəcək.

Xatırladaq ki, dünən Prezident İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb.

Oktyabrın 19-da isə Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol