• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanıldı

Azərbaycanda qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanıldı
27.10.2015 13:06
Bu il okrtabrın 21-də Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən keçirilən reyd zamanı qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb.

ETSN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, araşdırma zamanı qanun pozucularının Suriya vətəndaşı Al Hamdo Məhəmməd və İraq vətəndaşı Xəlil İbrahim Eesee Əl-Cavari olduğu müəyyən edilərək onlardan 4 ədəd çöl göyərçini, 4 ədəd bildirçin, 2 ədəd ev göyərçini, qızılquş tutmaq üçün 4 ədəd cələ, 1 ədəd tor və quş saxlamaq üçün səbət aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub və qanun pozucuları "Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 2000 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində cərimə edilib.

Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol