• $
  • €
  • ₽
  • ₺
  • £

Ali Məhkəmənin sədri: "Məhkəmə fəaliyyətində müəyyən nöqsanlar mövcuddur"

Ali Məhkəmənin sədri: "Məhkəmə fəaliyyətində müəyyən nöqsanlar mövcuddur"
05.11.2015 12:20

"Məhkəmə fəaliyyətində müəyyən nöqsanlar da mövcuddur və biz onların aradan qaldırılması üçün çalışırıq". Modern.az "Report"a istinadən xəbər verir ki, bunu noyabrın 4-də prezident İlham Əliyevin iştirakı ilə keçirilən Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

O bildirib ki, məhkəmə fəaliyyətində korrupsiya hüquq pozuntularına şərait yaradan halların qarşısının alınması həmişə qarşıda əsas məqsəd kimi durur.
"Biz öz fəaliyyətində belə pozuntulara yol vermiş hakimlər barədə Məhkəmə-Hüquq Şurası qarşısında məsələ qaldıraraq onları müvafiq intizam tənbehinə cəlb etmişik", - deyə sədr əlavə edib.

Ramiz Rzayev qeyd edib ki, ölkədə həyata keçirilən islahatlar və qanunvericiliyin əsaslı şəkildə dəyişdirilməsi nəticəsində məhkəmələrdə baxılan işlərin sayı xeyli artıb: "Yeni məhkəmə sistemi fəaliyyətə başladığı 2000-ci illə müqayisədə mülki xarakterli işlərin sayı 12 dəfə artaraq 250 mini keçib. Fikrimcə, bu, həm də insanların məhkəmə hakimiyyətinə olan inamının artması ilə bağlıdır".

"İnsan hüquqlarının təminatı baxımından çox mühüm bir institut olan inzibati məhkəmələr 2011-ci ildə ölkəmizdə fəaliyyətə başlayıb. Vətəndaşlarla dövlət orqanları arasındakı münasibətlərdə yeni mərhələ olan inzibati məhkəmələrdə baxılan işlərdə mübahisələrin 85 faizi vətəndaşların xeyrinə həll olunaraq onların hüquqları bərpa edilib. Ədalət mühakiməsinin səmərəliliyini təmin etmək məqsədilə Ali Məhkəmə tərəfindən mütəmadi olaraq məhkəmələrdə baxılan müxtəlif problemli məsələlər üzrə ümumiləşdirmələr aparılır, vahid məhkəmə təcrübəsi formalaşdırılır, qərarlar qəbul edilir və məhkəmələrə tövsiyələr verilir", - deyə o bildirib.

Sədr diqqətə çatdırıb ki, son illər ərzində Ali Məhkəmənin Plenumu tərəfindən vətəndaşların azadlıq, mülkiyyət və sair hüquqlarının səmərəli təmin edilməsinə yönəlmiş 20-dək belə qərar qəbul olunub.

"Son illər məhkəmələrdə işlərə baxılmasında da əhəmiyyətli keyfiyyət dəyişiklikləri baş verib. Yuxarı məhkəmələr tərəfindən ləğv olunan qərarların sayı azalaraq ölkə üzrə təqribən 5 faiz təşkil edir. Bu göstərici məhkəmə qərarlarının 95 faizinin sabitliyinin və ümumən hüquqi müəyyənliyin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Bundan başqa, məhkəmə fəaliyyətində şəffaflığın və aşkarlığın təmin edilməsi üçün məhkəmənin icraatındakı işlər barədə ətraflı məlumatlar və qərarların məhkəmələrin internet səhifələrində yerləşdirilməsi təmin olunur, bununla da istənilən şəxsin həmin məlumatları və qərarları əldə etmək imkanları asanlaşır", - deyə o söyləyib. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol