• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: "Artıq əvvəldən müəyyənləşdirilən deyil, fərqlənən tələbələr təqaüd alacaq"

Nazirlik: "Artıq əvvəldən müəyyənləşdirilən deyil, fərqlənən tələbələr təqaüd alacaq"
11.11.2015 10:16
"Prezident İlham Əliyevin imzaladığı "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" sərəncamla ilk növbədə istər dövlət sifarişi ilə, istərsə də ödənişli şərtlərlə təhsil alan ali və orta ixtisas müəssisəsinin tələbəsi təqaüd almaq imkanına sahib olacaq. Bir şərtlə ki, semestrin nəticələrinə görə akademik göstəriciləri yüksək olsun".
 
"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, bu sərəncam təqaüdün həqiqi təyinatını ortaya qoyub: "Yeni qaydalar tələbələr arasında rəqabət mühiti yaradacaq, yuxarıdan aşağı akademik göstəricilərə görə tələbələrin biliklərə yiyələnmə tablosunu əks etdirəcək. Yəni, istər özəl, istərsə də dövlət ali və orta ixtisas təhsil müəssisələrində dövlət sifarişi olan ixtisaslar üzrə təqaüdü həm bu sifarişə əvvəldən sahib olan, həm də ödənişli ixtisaslarda oxuyan tələbələr ala bilərlər. Yəni, indiyə qədər mövcud olan dövlət sifarişinə əvvəldən sahib olaraq sonadək bu imtiyazı saxlamaq (tələbənin oxuyub-oxumamağından asılı olmayaraq) məsələsi ortadan qalxır. Əsas şərt akademik göstəricini qorumaqdır".

Bundan başqa, məcburi köçkün, şəhid ailəsi və digər bu kimi imtiyazlı ailələrin övladlarına təqaüdün verilməsi məsələsi də burada yer alıb. "Bu da sərəncamın daha çox sosial mahiyyətini ortaya qoyur. Yəni, indiyədək bu zümrədən olan tələbələrin dövlət tərəfindən ancaq təhsil haqqı ödənilirdisə, bundan sonra həmin qrupa aid olan tələbələr həm də təqaüd ala biləcəklər. Bir sözlə, bu sərəncam bütün tələbələr üçün bərabər start imkanları verir" - o, əlavə edib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, I semestr istisna olmaqla, bütün tələbələr oxuyaraq təqaüd (özü də ən yüksəkdən başlayaraq) qazana bilər: "Artıq əvvəldən müəyyənləşdirilmiş deyil, fərqlənənlər təqaüd ala biləcək. Yeri gəlmişkən, bir şeyi qeyd edim ki, bu sərəncamla edilən dəyişikliklər doktorantlara və ilk-peşə təhsili müəssisələrinin şagirdlərinə aid deyil".

Xatırladaq ki, dünən Prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" 2013-cü il 30 avqust tarixli sərəncamda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol