• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlandı

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlandı
19.11.2015 15:12
 2014/2015-ci tədris ilində Azərbaycandan olan 408 tələbə ABŞ-da təhsil alıb.
 
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, bu barədə "Open Doors”un hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, Azərbaycandan olan tələblərin sayı 6.5% artıb: ""Open Doors” hesabatı Azərbaycanla ABŞ arasında tələbə mobilliyi sahəsində müsbət meyllərin olduğunu göstərir”.
 
Hesabatda deyilib ki, 2014/2015-ci tədris ili üzrə göstəricilərə əsasən, Azərbaycandan olan tələbələr ABŞ-da əsasən natamam ali təhsil pilləsində təhsil almağa meyl ediblər: "Tələbələrin 38 faizi tam ali təhsil, 42 faizi natamam ali təhsil, 13 faizi könüllü praktik təlimlər, 7 faizi isə İngilis dili kursları və ya qısamüddətli kursları üzrə təhsil alır”.
 
Hesabatda qeyd olunub ki, ABŞ-da beynəlxalq tələbə qəbulu səviyyəsi 10 faiz yüksələrək təqribən bir milyona bərabər olub: "ABŞ kollec və universitetlərinə qəbul olan əcnəbi tələbələrin sayı ötən 35 il ərzində ən yüksək artım nümayiş etdirərək 2014/2015-ci tədris ilində 10 faiz yüksəlib”.
 
"On il əvvəlki rəqəmlər ilə müqayisədə hazırda ABŞ kollec və universitetlərində  təhsil alan tələbələrin sayı 73 faiz yüksəlib və son beş ildə artım tempi daha yüksək olub.  Bu artım həm ABŞ ali təhsil müəssisələrinə qəbul olan beynəlxalq tələbələrin sayının artması, həm də amerikalı tələbələrin sayının azalması ilə izah olunur” – deyə hesabatda qeyd olunub. 
 
Qeyd edək ki, "Open Doors” dünyanın müxtəlif ölkələrində 19 nümayəndəlik şəbəkəsinə və 1440-dən artıq üzv institutlara malik Beynəlxalq Təhsil İnstitutu (BTİ) tərəfindən nəşr olunur. BTİ yarandığı 1919-cu ildən etibarən və 1972-ci ildən başlayaraq Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun dəstəyi ilə ABŞ-da təhsil alan beynəlxalq tələbələrə dair illik statistik sorğular həyata keçirir.
 
"Open Doors” ABŞ universitetlərində təqaüd əsasında təhsil alan beynəlxalq tələbələrin, akademik təhsildən əvvəl İntensiv İngilis Dili Proqramında oxuyan beynəlxalq tələbələrin və xarici ölkələrdə təhsil alan Amerikalı tələbələrin sayına dair məlumat verir. "Open Doors” 2015 sorğularına və əldə edilən nəticələrə dair təfərrüatlı məlumatları www.iie.org/opendoors  ünvanında Open Doors  internet saytından əldə etmək olar. 100 səhifədən artıq tam hesabatı həmçinin, 79.95 ABŞ dolları ödəniş edərək www.iiebooks.org saytı vasitəsilə IIE Books-dan sifariş etmək mümkündür.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol