• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq media qurumu fotoşəkil bankını istifadəyə verdi

Beynəlxalq media qurumu fotoşəkil bankını istifadəyə verdi
20.11.2015 11:53
Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu fotoşəkil bankının artıq 19 noyabr tarixindən istifadəyə verildiyini elan edir. Sputnik Images brendi altında fəaliyyətə başlayan yeni fotobank Sputnik-in informasiya portalı, radioyayım, mobil tətbiq və sosial şəbəkələrdə platforma formatında 30 dildə fəaliyyət göstərən informasiya resurslarının sırasına daxildir və dünya üzrə bütün müştərilər üçün açıqdır.

Sputnik Images bankına gündə dünyanın müxtəlif yerlərindən reportajlar daxil olacaq, hər dəqiqə banka aktual mövzular üzrə bir neçə yeni şəkil əlavə ediləcək. Sputnik fotoqrafları müştəriləri gündə orta hesabla 500 yeni fotoşəkillə təmin edəcəklər.

Hal-hazırda Sputnik Images saytında 1 000 000 artıq vizual material müştərilərin ixtiyarına verilib. Material seçimi günün ən aktual mövzularına uyğun olaraq aparılır və bu istifadəçilərə hadisələrin tam mənzərəsini əldə etməyə imkan verir. Yeni fotobank vasitəsilə həmçinin konkret mövzular üzrə fotoreportaj (fotolent) və infoqrafika əldə etmək mümkündür. Açar sözlər, kateqoriyalar, müəllif, mənbə və cöğrafi göstərici üzrə axtarış, mövzular üzrə fotoşəkil toplusu ilə vacib hadisələrin təqvimi və planlaşdırılan fotoçəkilişlərin elanı kimi funksiyalar istifadəçilərin rahatlığı üçün nəzərdə tutulub. Bütün təsvirlər tam tərtibatlaşdırılır: hadisə, çəkilişin yeri və tarixi, kadrdakı şəxslərin adları, təsvirin ölçüləri, müəllif və mənbə göstərilir. Bütün təsvirlər həm çap, həm də onlayn istifadə üçün üç formatda təklif edilir.

Sputnik Images onlarla olkədə multimediya informasiya mərkəzləri fəaliyyət göstərən Sputnik beynəlxalq informasiya agentliyi və radiosunun fotoşəkil bankıdır.
Sputnik müxtəlif saytları, analoq və rəqəmsal radioyayımı, mobil əlavələri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. 
Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol