• $
  • €
  • ₽
  • ₺
  • £

Əflatun Amaşov: “Mənbəsiz xəbər yaymaqla populyarlıq qazanmaq istəyirlər”

Əflatun Amaşov: “Mənbəsiz xəbər yaymaqla populyarlıq qazanmaq istəyirlər”
20.11.2015 13:05
Noyabrın 20-də "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübə öyrədilməsi ( ekstremal jurnalistikada qoyulan tələb və davranışlar)” layihəsi çərçivəsində növbəti treninq keçirilib. Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mediasının çatışan və çatışmayan cəhətlərindən danışıb.

Şura sədrinin sözlərinə görə, ötən il ön cəbhə ilə bağlı dezinformasiyaların yayılmasının əsas səbəblərindən biri xəbərlərə tez bir zamanda reaksiya verilməsi idi: "Çox təəssüflər ki, bəzi saytların həmin andakı vəzifəsi ajiotaj yaratmaq idi. Məsələnin ikinci mənfi tərəfi ondan ibarət idi ki, keçən il bizim xəbər agentlikləri erməni xəbər portallarının yaydıqları dezinformasiyaları götürüb xəbərə çevirir, cəmiyyətə ötürürdülər. Misal üçün filan kənd alındı, erməni hərbiçiləri cəbhədə toplanıblar və s.” 

Ə.Amaşov qeyd edib ki, bəzən jurnalistlər hərbiçi ölümü ilə bağlı xəbərləri digərindən daha tez dərc etmək istəyirlər: "Amma bununla bağlı əvvəlcədən müəyyən hazırlıqlar görülməlidir, informasiyanın ötürülməsində müəyyən tapşırıqlar verilməlidir ki, xəbər tam düzgün formada ictimaiyyətə çatdırılsın”.

Ə.Amaşov keçən ilki hadisələrdən sonra montorinq keçirərək yanlışlıqlara yol verdiklərinə görə sayt rəhbərlərinə xəbərdarlıq olunduğunu xatırladıb. 

Daha sonra o,  xəbər saytlarına hərbi informasiyaların hazırlanması zamanı Müdafiə Nazirliyinə istinad edilməsinin zəruriliyi haqqında tapşırıqların verildiyini qeyd edib: "Bundan sonra bir neçə bu tip toplantılar keçirdik və nəhayət, ölkə başçısı bu hadisə ilə bağlı sərəncam imzaladı”.

Şura sədri əlavə edib ki, parlament seçkilərində, manatın devalvasiyası, MTN-də baş verən olaylar zamanı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən hadisələrdə bəzi informasiya saytları heç bir mənbəyə istinad etmədən özəl xəbər adı altında informasiyalar yayaraq populyarlıq qazanmaq istəyiblər. 

Ə.Amaşov "KİV haqqında” qanunun tələblərinə və "Jurnalistlərin Peşə Etikası” kodeksinə  əməl edilməsinin vacibliyindən danışıb: "Bu qanunlara əməl edilib xəbər yazılsa, mənbəyi məlum olmayan xəbərlər ictimaiyyətə verilib, çaşqınlıq yaradılmaz”.

Tədbirdə qeyd  olunub ki, gələcəkdə jurnalistika fakültələrində hərbi kafedraların yaradılması barədə təkliflərə baxılacaq.

Qeyd edək ki, "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübə” layihəsinə noyabr ayının 5-də start verilib.

Orxan Aslanlı


Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol