• $
  • €
  • ₽
  • ₺
  • £

Mədət Quliyev ədliyyə işçilərini təbrik etdi - Fotolar

Mədət Quliyev ədliyyə işçilərini təbrik etdi - Fotolar
23.11.2015 17:45
 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Ədliyyə Nazirliyində təntənəli mərasim keçirilib.
 
Bu barədə "Report”a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev, nazirliyin kollektivi, vətəndaş cəmiyyətinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan ədliyyəsinin müasir fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.

Əlamətdar gün münasibətilə ədliyyə işçilərini təbrik edən nazir F.Məmmədov bu bayramın ulu öndər Heydər Əliyev tərəfindən təsis edildiyini diqqətə çatdıraraq, artıq 16 ildir ki, ədliyyə işçilərinin bu bayramı böyük ruh yüksəkliyi ilə qeyd etdiklərini söyləyib.

Ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinə də xüsusi diqqət yetirildiyini deyən F.Məmmədov qanunvericiliyin əsaslı surətdə yeniləndiyini, ədliyyənin, məhkəmə orqanlarının inkişafı, müasirləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən fərman və sərəncamların imzalandığını, dövlət proqramlarının icra olunduğunu qeyd edib. Bu müddətdə bir çox ədliyyə işçisinin, hakimlərin yüksək fəxri adlara, ali xüsusi rütbələrə, orden və medallara layiq görüldüyünü vurğulayan nazir bildirib ki, bütün bunlar daha böyük və məsuliyyətli vəzifələr qoyur: "Çalışmalıyıq ki, bu etimadı layiqincə doğruldaq”.

Sonra Prezident İlham Əliyevin bir qrup ədliyyə işçisinin orden və medallarla təltif olunması barədə 2015-ci il 20 noyabr tarixli sərəncamı oxunub, fəaliyyətdə fərqlənmiş əməkdaşlar mükafatlandırılıb, onlara xüsusi rütbələr, qiymətli hədiyyələr və sair təltiflər təqdim olunub.

Mərasimdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev peşə bayramı münasibətilə təbriklərini çatdırıb, Azərbaycan ədliyyə orqanlarının fəaliyyətinin müasir tələblərə, beynəlxalq standartlara cavab verdiyini bildirib. "Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində müasir məhkəmə bina və komplekslərinin istifadəyə verildiyini və hazırda bu prosesin davam etdirildiyini vurğulayan R.Rzayev dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrasında ədliyyə işçilərinə uğurlar arzulayıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanın hüquq ictimaiyyəti üçün əlamətdar günün - ədliyyə işçilərinin peşə bayramının ulu öndər Heydər Əliyev tərəfindən təsis edilməsini məmnunluqla xatırladaraq bu bayramın ölkəmizdə geniş qeyd edildiyini vurğulayıb. Son illərdə məhkəmə-hüquq sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu bildirən F.Abdullayev respublikada hüquq siyasətinin həyata keçirilməsində ədliyyə orqanlarının aparıcı rolunu xüsusi vurğulayıb.

Əlamətdar gün münasibətilə ədliyyə işçilərinə təbriklərini çatdıran milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev ulu öndər Heydər Əliyevin məhkəmə-hüquq sahəsini daim diqqət mərkəzində saxladığını bildirib. M.Quliyev Prezident İlham Əliyevin də ədliyyə orqanlarına yüksək diqqət və qayğı göstərdiyini məmnunluqla qeyd edib, dövlət başçısı tərəfindən bayram ərəfəsində ədliyyə işçilərinin təltif edilməsinin bunun göstəricisi olduğunu söyləyib.
 



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol