• $
  • €
  • ₽
  • ₺
  • £

İş yerini itirənlərə müavinət hası qaydalarla veriləcək? - ŞƏRH

İş yerini itirənlərə müavinət hası qaydalarla veriləcək? - ŞƏRH
25.11.2015 10:23
Artıq iş yerini itirən və işsiz qalan insanlar da işsizlik sığortası olaraq dövlət büdcəsindən pul ala biləcəklər.

 Bu, həmin insanların işlədikləri müddətdə öz məvaciblərindən hər ay pensiya fonduna etdiyi sığorta ödənişləri əsasında hayata  keçiriləcək. Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də qanun layihəsi hazırlanıb. Onunun bu yaxınlarda hökumətə təqdim olunacağı gözlənilir.

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, keçmiş maliyyə naziri Fikrət Yusifov bu qanun layihəsi ilə bağlı  Modern.az-a  bildirib: " Neftin qiymətlərinin dünya bazarlarında iki dəfədən çox aşağı düşməsi səbəbindən gəlirlərimizin azalması faktı Azərbaycan hökumətini sosial yönümlü məsələlərdən yayındırmır. Son bir ildə hökumət sosial məsələlərin həlli istiqamətində bir sıra ciddi addımlar atıb. Bu sırada əmək qabiliyyətli insanlara müvəqqəti  işsizliyə görə müavinətlərin verilməsi və bu sahə üzrə daha təkmil mexanizmlərin işlənib hazırlanmasına xüsusi önəm verilir. Dünyanın ayrı ayrı ölkələrinin təcrübəsində bu məsələnin müxtəlif həll yollarına rast gəlmək olar".

F.Yusifov bu bu sosial layihənin dünyada hansı formada həyahata keçirildiyini də qeyd edib:  

"Dünyanın əksər ölkələrində iş yerlərini müvəqqəti itirmiş insanlara xüsusi fondlar vasitəsilə müavinətlər verilir. Araşdırmalar göstərir ki, işsizliyə görə müavinətlərin verilməsinin daha mütərəqqi üsulları Avropa ölkələrində formalaşıb. Avropa ölkələrində bu  müavinətləri almaq üçün müvafiq sənədləşmə işləri bir o qədər  asan olmasa da, onların həcmi digər ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir. Bu sahədə ən yaxşı təcrübə Almaniya və Fransaya məxsusdur. Bu  ölkələrdə müavinətlərin verilməsi prinsipləri elə müəyyən edilir ki, işsizlər daimi olaraq müavinət almaqla yaşamaq yolunu, yəni ələbaxımlıq yolunu seçə bilməsinlər” .

Fikrət Yusifovun fikrincə, sistem özü işsiz insanı vakant yerlər axtarmağa, məşğulluq xidmətləri tərəfindən təklif edilən iş variantlarını seçməyə, öz ixtisasını dəyişməyə və başqa regionda iş axtarmağa sövq edir.

"Məsələn, iş yerini itirmiş və işsiz kimi qeydiyyata alınmış insanlara ilk aylar ödənilən müavinətlərin məbləği getdikcə azaldılır və təbii ki, onlar da müddətin uzanmasına maraq göstərmirlər. İngiltərə təcrübəsində isə qaydalar mahiyyət etibarı ilə daha sərtdir. Burada işsiz adam 13 həftədən sonra ona təklif edilən işi qəbul etməyə borcludur” .

İqtisadçı həmçinin əlavə edib ki,  Dövlət Məşğulluq Fondunun vəsaitlərinin formalaşmasının yeni modelinə keçməyin vaxtı artıq çatıb.

"Ölkədə orta aylıq əmək haqqının  500 manata yaxınlaşdığı, yoxsulluğun həddinin  5 %- ə endiyi bir şəraitdə işsizlikdən icbari sığortanın tətbiq olunması Dövlət Məşğulluq Fondunun vəsaitlərinin əsaslı şəkildə artırılmasına təminat vermiş olardı. Hətta belə məlumatlar da var ki, nazirlik işsizlikdən icbari sığortalanmanın hüquqi bazasının yaradılması istiqamətində də hazırlıq işləri apar”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol