• $
  • €
  • ₽
  • ₺
  • £

Qanunsuz balıq ovu ilə bağlı reydlər başladı

Qanunsuz balıq ovu ilə bağlı reydlər başladı
25.11.2015 11:20
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, respublikanın su hövzələrində davamlı olaraq qanunsuz balıq ovuna qarşı mübarizə aparılır, qanunsuz ov alətlərinin ərazilərdən çıxarılaraq məhv edilməsi istiqamətində intensiv tədbirlər həyata keçirilir.

Lakin Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli qurumları tərəfindən həyata keçirilən davamlı tədbirlərə baxmayaraq, balıq ehtiyatlarının qanunsuz ovlanmasının, satışının qarşısının alınması tamamilə mümkün olmamış və hələ də belə anoloji hallara yol verildiyi barədə siqnallar və şikayətlər daxil olmaqdadır. 

Ona görə də su hövzələrində qanunsuz balıq ovunun qarşısının alınması və nəzarətin daha da gücləndirilməsi üçün həyata keçirilən mütəmadi tədbirlər çərçivəsində ETSN-də Xüsusi Komissiya yaradılıb və Komissiyanın tərkibinə Nazirliyin müvafiq qurumlarının əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələrinin, o cümlədən QHT təmsilçilərinin və həvəskar balıq ovçularının qatılması barədə qərar qəbul olunub. Bununla əlaqədar Nazirlik müvafiq normalar çərçivəsində balıq ovu ilə məşğul olan şəxsləri yaradılmış Komissiyanın işində aparılacaq yoxlamalarda iştirak etməyə dəvət edir.

Könüllülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı Qaynar xəttinə, həmçinin Ətraf Mühitin Mühafizəsi Departamentinə (012-537-21-86, 012-537-21-67) müraciət edə bilərlər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol