• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

"Günəşli" yatağındakı hadisənin şahidi: "Qayıq 42 nəfərlik idi, amma..." - VİDEO

07.12.2015 10:34
 "Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilən zərərçəkən hadisə barədə təəssüratlarını bölüşüb. 

"Report" xəbər verir ki, o hadisə haqqında belə deyib:

"Qayıq 42 nəfərlik idi. Gəmilər də yan alırdı, amma dalğa o qədər böyük idi ki, dalğadan bizə yaxınlaşa bilmirdilər. Onlar çox kömək eləmək istəyirdilər. Amma mümklün olmurdu, müəyyən məsafədən bizi müşayiət edirdilər. Yanğının üstünə su vururdular ki, sönsün. Yəni çalışırdılar, çox çalışdılar bizə kömək etməyə, amma alınmırdı. Qayıq hamıya bəs edirdi, hamının jiletləri də var idi. Mən özüm şəxsən təşkil elədim, camaatı birinə yığdım. O salamat qalan qayığı mən özüm sallamışam. Lazım olan səviyyədə saxlamışam", - hadisənin şahidi olan neftçi İsmayıl Mehdiyev bildirib.

Onun sözlərinə görə, dalğalar 8-10 metrə qalxırdı.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Vergilər Nazirliyində yeni təyinat
Cəmiyyət 08:35
Vergilər Nazirliyində yeni təyinat
Nardaranda növbəti əməliyyat - 2 nəfər saxlanıldı
Cəmiyyət 04:45
Nardaranda növbəti əməliyyat - 2 nəfər saxlanıldı
Polkovnik Həmidova Milli Qəhrəman adı verildi
Cəmiyyət 16:09
Polkovnik Həmidova Milli Qəhrəman adı verildi
Prezidentin işdən çıxardığı icra başçısı DANIŞDI
Cəmiyyət 12:06
Prezidentin işdən çıxardığı icra başçısı DANIŞDI
Mirşahin Ağayev xəstəxanaya aparıldı - YENİLƏNİB
Cəmiyyət 13:25
Mirşahin Ağayev xəstəxanaya aparıldı - YENİLƏNİB
Azərbaycanda aktyor teatrda özünü asib - FOTO
Cəmiyyət 11:16
Azərbaycanda aktyor teatrda özünü asib - FOTO
Nardaranlılara kompensasiya verildi
Cəmiyyət 21:25
Nardaranlılara kompensasiya verildi
Azərbaycan ordusunun zabiti şəhid oldu
Cəmiyyət 11:20
Azərbaycan ordusunun zabiti şəhid oldu
Cəmiyyət 10:34
"Günəşli" yatağındakı hadisənin şahidi: "Qayıq 42 nəfərlik idi, amma..." - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol